Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Əliyevə təşəkkür etdi - Təhvil verilən FETÖ-çüyə görə

2019-02/1549350458_1021502099.jpg

SİYASƏT

965

05.02.2019, 11:07

\"\"  Xəbər verdiyimiz kimi, ötən ay FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi İbrahim E.  təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq Türkiyəyə təhvil verilib.
Oxu24.com -un  məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalına müsahibəsində ölkənin Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ-yə qarşı hansı tədbirləri görməyindən, eləcə də bu məsələdə ona dəstək olan ölkələrdən bəhs edib. Türkiyə prezidenti sonuncu dəfə Azərbaycanın FETÖ-nün əsas adamlarından birini bu ölkəyə verdiyini xatırladaraq Prezident İlham Əliyevə təşəkkür edib: “Qardaşım İlham Əliyevə təşəkkür edirəm. Bir müddət öncə Azərbaycan bu təşkilatın əsas fiqurlarından birini bizə təhvil verdi”. Ərdoğan buna qədər də oxşar ekstradisiyalar olduğunu qeyd edərək Kosovonun 7 cinayətkarı təhvil verdiyini söyləyib. Türkiyə prezidenti ölkədə FETÖ-yə qarşı aparılan əməliyyatların davam edəcəyini, onların hər yerdə-dövlət idarələrində, polislər, hərbçilər arasında olduğunu vurğulayıb.