Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən Ukraynada bir ailənin həyatını xilas edən Şirinov qardaşları ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ukraynada bir ailənin həyatını xilas edən Şirinov qardaşları ilə bağlı SƏRƏNCAM

SİYASƏT

918

01.02.2019, 14:16

\"\"  Prezident İlham Əliyev S.A.Şirinovun və U.A.Şirinovun \"İgidliyə görə\" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov \"İgidliyə görə\" medalı ilə təltif edilsinlər.