Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
948
az

QSC-dən Cavid Qurbanovun yeni vəzifə təyinatına - Reaksiya

16:3722 Aprel, 2018
1268
SİYASƏT
  • A
 Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri Cavid Qurbanov haqqında yayıılan məlumatlara münasibət bildirib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Report-a verdiyi məlumatda bildirilir ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir.

"Aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi. Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi.

Hazırda dövlət strukturlarında qətiyyətli islahatlara start verən dövlət başçısı əsaslı kadr islahatları aparır ki, bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır. Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur. Hətta bu sırada son günlər bəzi saytlarda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır. Məlumat üçün bildirim ki, bu şayiələr özündə heç bir həqiqəti əks etdirmir. Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz.

Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015-ci ildə Azərbaycan Dəmir Yolları QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub.

O ki, qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu, ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil", - deyə məlumatda bildirilir.
 
 
   Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu