Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi (SİYAHI)

SİYASƏT

1554

21.04.2018, 21:16

\"\" Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.   -Oxu24.com un verdiyi xəbərə görə, sərəncamda deyilir: \"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər: 1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; 1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov; 1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov   1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov; 1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov; 1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov; 1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov; 1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev; 1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov; 1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov; 1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev; 1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov; 1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov; 1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov; 1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə; 1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov; 1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev; 1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev; 1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev; 1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev; 1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir\".