Qaynar xətt:

(+99450) 247 90 86

Eldar Mahmudovun bacanağı da AzTV-dən çıxarıldı - Yerinə təyinat

2019-01/1548312437_724136.jpg

SİYASƏT

793

24.01.2019, 10:46

\"\"  Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir ciddi kadr islahatı baş verib.
Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, kanalda sədr vəzifəsini icra edən Rövşən Məmmədov Mədəniyyət kanalının müdir müavini Nadir Axundovu işindən azad edib. AzTV-nin yeni sədr əvəzi Nadir Axundovun yerinə tanınmış aparıcı Emil Şahzadəni təyin edib. Xatırladaq ki, Nadir Axundov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bacanaqdır. Məlumat üçün bildirək ki, N.Axundov AzTV-də əsas söz sahiblərindən və toxunulmaz şəxslərdən biri olub.