Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9181
az

Paşinyan Davosda İlham Əliyevlə görüşmək istəyir

22:5022 Yanvar, 2019
638
SİYASƏT
  • A
  Ermənistanın Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüş niyyətindədir.

Oxu24.com xəbər verir ki, bu barədə N.Paşinyan “RİA Novosti”yə açıqlamasında deyib.

“Bəli, bu, qeyri-rəsmi görüş olacaq”, - Paşinyan İlham Əliyevlə görüş istəyi barədə danışarkən bildirib.

Mətbuat konfransındakı açıqlamasında isə “Prezident İlham Əliyevlə nə vaxt görüşəcəksiniz” sualına “tezliklə” deyə bildirib.

Görüşün bu gün olacağı istisna edilmir.

Eyni zamanda, Prezident İlham Əliyev RİA-ya açıqlamasında Ermənistan rəhbərliyi ilə tammmiqyaslı heç bir görüş olmadığını, ancaq bir neçə “faydalı söhbət” aparıldığını deyib. Prezidentin sözlərinə görə, MDB sammiti çərçivəsində baş tutan bu söhbət tərəflərin mövqeyinin müəyyənləşməsi və Qarabağ danışıqlarının aktivləşməsi baxımından faydalı olub.

Azərbaycan lideri həmçinin bu istiqamətdə erməni tərəfi ilə əlaqələri davam etdirməkdən heç vaxt imtina etmədiyini vurğulayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Prezidenti Türkiyəyə gedir
Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi