Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
31 Oktyabr 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2045
14.04.2022, 19:00
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanunu təsdiqləyib.
Oxu24.com-un xəbərinə görə, 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) ilə “GL International LTD” MMC (“GL LTD”) arasında Risk Xidmət Sazişi bağlanıb.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qərara alıb:
1. Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişi (bundan sonra – “Saziş”) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçıya verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra – “Hökumət təminatı”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on bir (11) Əlavə (bundan sonra - “Əlavələr”) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret olaraq başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçıya bütün lazımi lisenziyalar, icazələr, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişin şərtlərinə uyğun olaraq, Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin Tərəflərinin qarşılıqlı yazılı razılığı ilə edilir.
12:28 / 31 Oktyabr 2026
15
12:23 / 31 Oktyabr 2026
66
12:10 / 31 Oktyabr 2026
36
11:42 / 31 Oktyabr 2026
66
11:40 / 31 Oktyabr 2026
106
11:36 / 31 Oktyabr 2026
227
11:34 / 31 Oktyabr 2026
64
11:15 / 31 Oktyabr 2026
858
11:12 / 31 Oktyabr 2026
76
11:10 / 31 Oktyabr 2026
149
10:25 / 31 Oktyabr 2026
90
10:24 / 31 Oktyabr 2026
79
09:22 / 31 Oktyabr 2026
92
04:25 / 31 Oktyabr 2026
376
00:59 / 31 Oktyabr 2026
143
00:50 / 31 Oktyabr 2026
654
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
316
00:07 / 31 Oktyabr 2026
151
00:03 / 31 Oktyabr 2026
894
00:02 / 31 Oktyabr 2026
211
23:56 / 30 Oktyabr 2026
123
23:46 / 30 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.