Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam imzaladı: 1 milyon ayrıldı

Prezident sərəncam imzaladı: 1 milyon ayrıldı

SİYASƏT

1237

09.04.2022, 15:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Oxu24.com  xəbər verir ki, sərəncamla böyüklər arasında sərbəst və yunan-Roma güləşçilərinin komanda hesabında Azərbaycan millisinin 2022-ci il Avropa çempionu olması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Qeyd edək ki, Azərbaycan komandaları Avropa çempionatını ümumilikdə 16 medalla başa vurublar. Yunan-Roma güləşi üzrə yığma 2 qızıl, 1 gümüş, 5 bürünc medal əldə edib. Sərbəst güləş millisi 1 qızıl, 4 gümüş, 2 bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medal qazanıb. 

Xatırladaq ki, Prezident İlham Əliyev martın 18-də də Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.