Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Putinlə Lavrovun ailə üzvlərinə sanksiya tətbiq etdi

ABŞ Putinlə Lavrovun ailə üzvlərinə sanksiya tətbiq etdi

SİYASƏT

319

06.04.2022, 21:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ Rusiya Prezidenti Vladimir Putinin qızlarına, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızına və Rusiya Təhlükəsizlik Şurasının bir sıra üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

“Bu gün biz Putinin övladlarına, nazir Lavrovun həyat yoldaşı və qızına və Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiyalar tətbiq edirik”, - xəbərdə qeyd edilib.

Bundan başqa, ABŞ Rusiyanın baş naziri Mixail Mişustinə və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə qarşı tam bloklayıcı sanksiyalar tətbiq edib.