Bakı Moskva və Kiyev arasında körpü ola bilərmi? — ŞƏRH
05 Noyabr 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
520
16.01.2022, 23:59
Digər məlumata görə Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru "İsgəndər-M" operativ-taktiki raket kopleksləri daşınır. "Conflict Intelligence Team" (CIT) layihəsi şahidlərdən biri tərəfindən çəkilən və bir neçə gün əvvəl Uzaq Şərqdə dəmir yol eşalonlarına yüklənən "İsgəndər-M" komplekslərinin görüntülərinin əks olunduğu videokadrları yayıb.
Komplekslərin üstü brezentlə örtülsə də ekspertlər söhbətin "İsgəndər-M" komplekslərindən getdiyini ayrıd etməkdə çətinlik çəkməyiblər. Bundan əvvəl də Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru müxtəlif hərbi texnika yüklənmiş onlarla eşalonun hərəkəti qeydə alınmışdı, lakin həmin texnikanın üstü brezentlə örtülməmişdi.
Bildirilir ki, "İsgəndər" kompleksləri yanvarın 13-də Sverdlovsk vilayətində çəkilmiş videoya da düşüb. Həmin videoda komplekslər üçün 7 metr uzunluğunda raketləri daşıyan "KamAZ" avtomobilləri də görünür. Ehtimal edilir ki, Ukrayna sərhədlərinə tərəf Uzaq Şərqdə dislokasiya olunmuş 103-cü və ya 107-ci raket briqadasının "İsgəndər" kompleksləri göndərilib.

Xatırladaq ki, ABŞ administrasiyası Rusiyanın Ukranyaya hücumunun yanvarın sonlarında, fevralın əvvəllərində başlaya biləcəyi haqda xəbərdarlıq edib. Vaşinqtondan açıqlanan məlumatlara görə Rusiya bəhanə kimi Ukrayna ordusunun Donetskə "qəfil hücumunu" istifadə edəcək. Belə hücum görüntüsü yaratmaq üçün isə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi Ukrayna ordusunun formasında Donetskdə partlayışlar və atışma törədəcək, o cümlədən dinc sakinlərin öldürülməsi istisna deyil.

14:50 / 05 Noyabr 2026
5
14:48 / 05 Noyabr 2026
33
14:44 / 05 Noyabr 2026
32
14:41 / 05 Noyabr 2026
49
14:36 / 05 Noyabr 2026
49
14:25 / 05 Noyabr 2026
70
14:24 / 05 Noyabr 2026
80
14:18 / 05 Noyabr 2026
183
14:08 / 05 Noyabr 2026
112
14:01 / 05 Noyabr 2026
83
13:48 / 05 Noyabr 2026
854
13:41 / 05 Noyabr 2026
100
13:20 / 05 Noyabr 2026
147
13:12 / 05 Noyabr 2026
160
13:02 / 05 Noyabr 2026
346
13:00 / 05 Noyabr 2026
188
12:56 / 05 Noyabr 2026
166
12:51 / 05 Noyabr 2026
126
12:41 / 05 Noyabr 2026
411
12:40 / 05 Noyabr 2026
130
12:39 / 05 Noyabr 2026
110
12:36 / 05 Noyabr 2026
181
12:27 / 05 Noyabr 2026
587
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.