Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı: Fövqəladə Hallar Nazirliyi səlahiyyətli orqan oldu

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı: Fövqəladə Hallar Nazirliyi səlahiyyətli orqan oldu

SİYASƏT

12866

17.06.2021, 14:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə səlahiyyətli orqanın müəyyən edilməsi barədə sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, 2011-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokolu” üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilir.

Oxu24.com