Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Donbasda ölən hərbçilərin sayını açıqlayıb

SİYASƏT

2882

06.04.2021, 23:14

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin iyulunda Donbasda atəşkəs elan ediləndən bəri 28 Ukrayna hərbçisinin öldüyünü bildirib.

Bu barədə o, Tvitter səhifəsində yazıb. Zelenski bildirib ki, ölən hərbçilərdən 24-ü bu il həlak olub.

“Atəşkəs rejimi dövründə atışmalar səbəbindən Donbasda 28 hərbçi ölüb. Onlardan 24-ü bu il həlak olub. Təkcə martın 26-dan indiyədək 8 hərbçimizi itirmişik. Müharibənin hər günü bizə Ukraynanın gələcəyini qurmalı olan cəsur, vətənpərvər insanların həyatına başa gəlir”.