Qaynar xətt:

(+99450) 247 90 86

Gəncənin yeni başçısı Elmar Vəliyevin kadrını işdən çıxardı

2018-09/1535966954_18_09_03_1535964237.jpg

SİYASƏT

1083

03.09.2018, 13:27

\"\" Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.
Oxu24.com Unikal.org-a istinadən xəbər verir ki, Niyazi Bayramovun müvafiq əmrinə əsasən Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, onu İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib. N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub. Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.