Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi məhsul alıb - Erməniləri qorxuya salacaq detallar açıqlanır

2018-09/1535954460_1421821677_azrbaycan-ordusu-hrbi-parad-sgr-azerbaijan-army-the-military-parade-soldier-machine-gun.jpg

SİYASƏT

3008

03.09.2018, 10:01

\"\" Prezident İlham Əliyev  Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bir sıra mühüm məsələlərlə yanaşı hərbi-texniki sahədə gələcək əməkdaşlıq barədə müzakirələr aparıb.
Oxu24.com  xəbər verir ki, ölkə başçısı mətbuata verdiyi birgə bəyanatda Rusiya ilə hərbi sahədə əməkdaşlığın böyük ənənələrinin olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. \"Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır\".