Qaynar xətt:

(+99450) 247 90 86

Levon Ter-Petrosyan: Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var

Levon Ter-Petrosyan: Ermənistanda vətəndaş müharibəsi təhlükəsi var

SİYASƏT

521

10.11.2020, 21:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətəndaş müharibəsi təhlükəsindən qaçmaq və bütün ziddiyyətləri müstəsna olaraq konstitusiya yolu ilə həll etmək lazımdır.

Oxu24.com bildirir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan özünün Ilur.am saytında bildirib.

“Vətəndaş müharibəsi, Türkiyə-Azərbaycan birliyinə ən böyük hədiyyə olmaqla yanaşı, Artsax və Ermənistan üçün, bütün ermənilər üçün fəlakət olar”, – deyə Ermənistanın keçmiş prezidenti vurğulayıb.

Ter-Petrosyan ümid edir ki, siyasi partiyalar, ictimai-siyasi qruplar, güc strukturları, ziyalıların görkəmli nümayəndələri və Ermənistanın taleyinə görə məsuliyyət hiss edən bütün şəxslər bu cür fəlakətli nəticələrin qarşısını almaq üçün bütün təsir vasitələrindən və nüfuzlarından istifadə edəcəklər.