Kreml Paşinyan əleyhinə 400-ə yaxın saxta video yayıb
24 May 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
441
06.11.2020, 09:14
“Vəziyyət əvvəlki kimi görünür. Özləri Qarabağa gedib döyüşmək istəmirlər, lakin onların yerinə Qarabağda Rusiyanı döyüşməyə çağırırlar”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko öz “Telegram” kanalında yazıb.
Rusiyalı ekspert “Facebook” vasitəsi ilə Rusiyadakı erməni diaspor rəhbərlərindən kimlərin övladlarının Qarabağ cəbhəsində vuruşması ilə bağlı informasiya təqdim olunması xahişinə ermənilərin təhqir və söyüşlərlə cavab verdiyini bildirib:
“Əgər Ermənistan 90-cı illərdə Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş suveren və müstəqil ölkədirsə, onda öz gücünüzlə döyüşün və bu əraziləri qoruyun - Paşinyan demişdi axı, Qarabağ Ermənistandır. Əgər bu əraziləri əlinizdə saxlaya bilmirsinizsə, o zaman BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı məlum dörd qətnaməsinin şərtləri ilə Azərbaycanla sülh imzalayın”, - deyə İqor Korotçenko vurğulayıb.
Rusiyalı hərbi ekspert Ermənistanı öz uğursuzluqlarına görə Moskvanı günahlandırmamağa çağırıb: “Rusiya sizin bütün uğursuzluqlarınızda günahkar deyil. Siz özünüz günahkarsınız. Siz Qarabağ cəbhəsində səngər əvəzinə “Facebook”, “Twitter” və “Telegram”da oturursuz. Bu sizin seçiminizdir. Bu seçimi siz özünüz etdiniz.
Serj Sarkisyan dövründə dövlətdə korrupsiya və xəzinə oğurluğu, İrəvanın mərkəzində Hitlerin silahdaşı Qaragin Njdeyə abidə, MDB məkanında ən böyüş ABŞ səfirliyi, “rəngli inqilablar”, Paşinyan və sorosçuları, saysız-hesabsız ABŞ QHT-ləri, KTMT-yə arxa çevirmək (Xaçaturov işi), Rusiya telekanallarının bağlanması, Rusiya biznesinin təqib olunması, Rusiyayönümlü siyasətçilərin və Konstitusiya Məhkəməsinin təmizlənməsi- bunları siz özünüz, hamısını özünüz etdiniz.
Ona görə də, ali baş komandanınız Paşinyanın başçılığı ilə özünüz Qarabağda döyüşün. Bu, bizim deyil, sizin müharibənizdir”.
16:00 / 24 May 2026
3
14:57 / 24 May 2026
79
14:47 / 24 May 2026
132
14:43 / 24 May 2026
247
14:36 / 24 May 2026
100
14:30 / 24 May 2026
230
14:23 / 24 May 2026
89
14:18 / 24 May 2026
69
14:08 / 24 May 2026
67
14:06 / 24 May 2026
1299
14:03 / 24 May 2026
72
13:38 / 24 May 2026
97
13:06 / 24 May 2026
95
12:47 / 24 May 2026
92
12:22 / 24 May 2026
212
11:57 / 24 May 2026
202
11:40 / 24 May 2026
203
11:05 / 24 May 2026
133
11:03 / 24 May 2026
103
11:00 / 24 May 2026
120
10:32 / 24 May 2026
1431
10:25 / 24 May 2026
111
09:55 / 24 May 2026
304
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.