İlham Əliyevin "yaşıl enerji" və davamlı şəhər inkişafı təşəbbüsləri dünya miqyasında dəstək görür - RƏY
24 May 2026, 09:03
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
634
01.11.2020, 19:34
Fəaliyyəti müddətində Ermənistanı Rusiya təsirindən çıxarmaq istəyən, Ermənistandakı rus agenturasını həbsə atdıran və Qərb kəşfiyyatına ərazisində limitsiz imtiyaz tanıyan Nikol Paşinyan indi xilas üçün rəsmi şəkildə Putinin ayaqları altına sərilib.
Onun Rusiya ilə ikitərəfli müqaviləyə istinadla kömək xahişiylə Putinə müraciət etməsi, eləcə də ağsaqqalı Levon Ter-Petrosyanı danışıqlar üçün Moskvaya göndərməsi Paşinyanın son çırpıntıları olmaqla yanaşı, həm də məğlubiyyətini gələcəkdə Rusiyanın kömək etməməsi faktoruna bağlamaq cəhdidir.
Bu arada Rusiyanın Robert Koçaryanı “koronavirusa yoluxmaq” bəhanəsi ilə Petrosyandan ayırması və Ermənistanda saxlaması da çox uğurlu gedişdir.
Görünür, Rusiya Ermənistandakı əsas fiqurunun danışıqlardan əliboş qayıtmaması və ermənilər arasında nüfuzunun qorunub saxlanması üçün onun Moskvaya getməsini istəməyib.
Qısası, Putin dabanyalayan Paşinyana bircə yol saxlayıb: istefa!
İndi Paşinyan ya istefa verərək, hakimiyyəti Rusiyanın istədiyi adama ötürməli, ya da hakimiyyətdə qalmaq istəyirsə, məğlubiyyətini Rusiyanın kömək etməməsi və erməni xalqının vuruşmaq istəməməsi tezisi üzərində quraraq, müqavimət göstərməli və açıq şəkildə Azərbaycanla anlaşmaya hazır olduğunu elan etməlidir.
O da mümkündür ki, Paşinyan təslim olmaq bəyanatını özü yox, artıq Azərbaycan Ordusunun mühasirəsinə düşmək üzrə olan qondarma “DQR”-in “prezidenti” Arayik Arutyunyanın diliylə səsləndirsin…
10:32 / 24 May 2026
1
10:25 / 24 May 2026
23
09:55 / 24 May 2026
108
09:38 / 24 May 2026
74
09:35 / 24 May 2026
168
09:27 / 24 May 2026
78
09:14 / 24 May 2026
209
09:08 / 24 May 2026
64
09:04 / 24 May 2026
80
09:03 / 24 May 2026
69
08:55 / 24 May 2026
267
08:52 / 24 May 2026
130
08:47 / 24 May 2026
69
02:00 / 24 May 2026
232
01:23 / 24 May 2026
306
01:14 / 24 May 2026
1218
01:01 / 24 May 2026
298
00:58 / 24 May 2026
125
00:54 / 24 May 2026
636
00:51 / 24 May 2026
372
00:43 / 24 May 2026
530
00:41 / 24 May 2026
354
00:17 / 24 May 2026
960
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.