Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40650
az

Türk Şurası Azərbaycanın müdafiəsinə qalxdı

21:5128 Oktyabr, 2020
443
SİYASƏT
  • A
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Ermənistan ordusunun Bərdə şəhərini növbəti dəfə raket atəşinə tutması ilə bağlı bəyanat yayıb. Oxu24.com-un xəbərinə görə, bəyanatda bildirilib ki, Ermənistan ordusunun bu gün Dağlıq Qarabağdakı münaqişə bölgəsindən uzaqda yerləşən Bərdə şəhərində mülki yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 70-dən çox şəxs yaralanıb və 21 günahsız insan ölüb. “Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın törətməyə davam etdiyi müharibə cinayətlərini dayandırmaq üçün Ermənistan hökuməti ilə vasitəçilik məsuliyyətini öz üzərinə götürməlidir. Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyini bir daha vurğulayır. Ermənistan tərəfini BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməyə çağırırıq. Yaxınlarını itirən ailələrə, Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə bəyanatda qeyd olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xamneyi əmr verdi - Hücum planı hazırlanır
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı
Yeni icra başçısı kimdir?- DOSYE

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları — VİDEO

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Saxta sağlamlıq arayışlarının verilməsinin hansı nəticələri ola bilər?- AÇIQLAMA
Əziz Seyidov təqaüdə göndərildi- Foto