Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
15 Noyabr 2026, 22:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
827
26.10.2020, 21:10
Son bir neçə gün ərzində Ermənistana aid nəqliyyat-yük təyyarələri bir-birinin ardınca Rusiya aeroportlarına enir.
Oxu24.com xəbər verir ki, bu haqda “Ovçunun qeydləri” (“Zapiski oxotnika”) adlı teleqram kanalının aparıcısı təyyarələrin uçuşunu radar məlumatlarına əsasən online rejimdə izləməyə imkan verən “Flightradar” xidmətinin məlumatlarına əsasən bildirir.
“Hazırda mənim təsdiqləmmiş informasiyama görə Ermənistan Hərbi Hava Qüvvələrinin EK-76345 nömrəli (əvvəlki bort nömrəsi 76310 olub, bu yaxınlarda qeydiyyatını dəyişib) təyyarəsi, hansı ki, onun haqqında mən əvvəl yazmışdım, Rostovdakı Platov aerportunda yüklənir. “Atlantic European Airlines” şirkətinə məxsus olan və Ermənistanın maraqları üçün istifadə edilən EK-76074 (əvvəlki bort nömrəsi 76004 olub) bort nömrəli İl-76 təyyarəsi isə oktyabrın 23-də Mineralnıy Vodı aerportunda yüklənirdi. Yüklərin xarakterinin nədən ibarət ola biləcəyini təxmin etmək lazımdır”,-məlumatda deyilir.

Bu məlumatları şərh edən Ukrayna hərbi ekspertləri qeyd edirlər ki, Moskva Azərbaycanın hücumunu dayandırmaq üçün Ermənistana silah sistemləri göndərir. “Ermənistanın hazırda hava hücumundan müdafiə sistemlərinə çox ehtiyacı var və onunla Qarabağda erməni ordusunun zirehli texnikasını, canlı qüvvəsini məhv edən Azərbaycan aviasiyasını dayandırmaq istəyir”,-dialog.ua portalı qeyd edir.
Xatırladaq ki, azərbaycan prezidenti İlham Əliyev bu gün oktyabrın 26-da xalqa müraciətində Ermənistana bir aydır durmadan silahlar, o cümlədən ən yeni silahlar daşındığını bildirib. Prezident deyib ki, həmin silah trafiki barədə bütün məlumatlar onda var-təyyarələr haradan qalxır, hara enir, hansı silahlar daşınır və digər bütün detallar Azərbaycan tərəfinə məlumdur. Və bütün bunların məqsədi Ermənistanı xilas etməkdir.
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.