Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan və Ruhani Qarabağdan danışdı

Ərdoğan və Ruhani Qarabağdan danışdı

SİYASƏT

715

22.10.2020, 20:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb. Məlumata görə, Türkiyə-İran münasibətlərini inkişaf etdirəcək və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək məqamların müzakirəsi gedən danışıqda Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Ermənistanın dinc əhaliyə qarşı etdiyi təcavüzün hərbi cinayət olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu məsələdə haqlı ilə haqsızı, işğal edilən ilə işğalçını ayırd edilməsinin vacib olduğunu qeyd edib.