Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39184
az

Türkiyə ATƏT-in Minsk Qrupuna konkret yol göstərdi – ya..., ya da...

09:0522 Sentyabr, 2020
2356
  • A
Qabil Hüseynli: “Onlar indiyə qədər təcavüzdən, işğaldan danışır, amma işğalçının kim olduğunun adını çəkmək istəmirlər” Türkiyə Prezidentinin Administrasiyası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edir: “Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib”. Bildirilib ki, Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır: “Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır”. Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyi Ermənistan hakimiyyətini arxayın salır: “Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidir”. Göründüyü kimi, Türkiyə hökuməti ATƏT-in Minsk Qrupu üzvləri qarşısında konkret şərt qoyur. Bu tələbi nə dərəcədə əsaslı saymaq olar? Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları pozması, üstəlik, işğalçılıq siyasətini davam etdirməsi Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqların əhəmiyyətsiz olduğunu bir daha göstərdi: “Ermənistan tərəfi münasibətləri korlamaqda davam edirsə və həm də daima təxribatlar törədirsə, deməli, danışıqlar prosesini pozmaq istəyir. Hətta danışıqlar masası arxasına gəlmələri də, əslində vaxt udmaq üçün istifadə etdikləri taktika kimi ortaya çıxır. Onların bu addımlarını hərbi yolla əldə etdiklərini praktikaya çevirmək taktikası kimi dəyərləndirmək lazım gəlir. Əslində bu, çox qorxulu strategiya və ondan irəli gələn taktiki addımlardır. Bu strategiya və ona uyğun atılacaq addımları anlamaq üçün elə də böyük düşüncə lazım deyil. Onlar status-kvonun dəyişməməsi üçün işləyirlər. Erməni tərəfi həm beynəlxalq ictimai rəyə, həm də Azərbaycan dövlətinə meydan oxuyur. Faktiki olaraq qarşıdurmanı tətikləyən addımlar atır. Bu da bizim uyğun taktiki addımlar atmağımızı qaçılmaz edir. SAMSUNG AZERBAIJAN Danışıqlar formatı, Minsk Qrupu onlar üçün sadəcə görüntüdür. Vasitəçilər onların əl altından işləyib həyata keçirdikləri təxribatları ört-basdır etmək üçün bir vasitədir. Ona görə də, danışıqlar prosesi bərpa olunsa belə, bu riyakar addımların rəsmi Bakı tərəfindən qəbul edilmədiyi vurğulanmalıdır. Həmsədrlər indiyə qədər qeyd edirdilər ki, vasitəçilik, sülhyaratma missiyasını həyata keçirirlər. Yəni danışıqlar baş tutursa və tərəflər danışıqlarda iştirak edirsə onlar da öz missiyasını həyata keçirdiklərini düşünürlər. Eyni zamanda danışıqlar masası üzərinə hansı məsələlərin çıxarılmasına qarışmırlar və deyirlər ki, onların işi bundan ibarətdir. Azərbaycan tərəfi indiyə qədər həmsədrlərdən tələb edirdi ki, Ermənistana təzyiqlər göstərsin, amma həmsədrlər təzyiq göstərmək səlahiyyətləri olmadığını qeyd edirdilər. Həmçinin, Ermənistanı sülhə məcburetmə addımları atmağa sövq etmə tələbləri qarşısında həmsədrlər belə bir səlahiyyətlərinin olmadığı kimi qeyri-populyar cavablar verirdilər. Onlar indiyə qədər təcavüzdən, işğaldan danışır, amma işğalçının kim olduğunun adını çəkmək istəmirlər. Minsk Qrupunun özü də son dərəcə primitivdir, loyal davranış sərgiləyir. Bu baxımdan da Türkiyənin qoyduğu tələbi çox doğru sayıram. Ya əməli iş olmalıdır, ya da missiyadan imtina etməlidir”. Uzun müddətdir yalan vədlərlə bizi aldadan bir təsisatın qarşısında sonda bu seçimin qoyuilması tam obyektivdir. Məhəmmədəli QƏRİBLİ Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Ermənistanda görün nə planlaşdırır: bir il ərzində... -Yeni konsepsiyanın ŞOK DETALLARI
İlham Əliyevlə Ərdoğanın səmimi dialoqu - VİDEO
Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı