Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38490
az

Siyavuş Novruzovla bağlı daha bir xəbər: ARAŞDIRILACAQ

20:0302 Sentyabr, 2020
735
SİYASƏT
  • A

Deputat Siyavuş Novruzovun karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb.

Oxu24.com  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, İntizam Komissiyasının üzvü Fəzail Ağamalı deyib. Deputat bildirib ki, məlum faktlarla bağlı komissiyaya şikayət daxil olsa, araşdırılacaq:

“Parlament sentyabrın 15-də məzuniyyətdən qayıdacaq. Biz komitələr səviyyəsində işə çıxacağıq. Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb”.

Deputat qeyd edib ki, Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olsa, bu barədə mətbuata məlumat veriləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Siyavuş Novruzova məlum toyda iştirak etməsinə görə töhmət verib. Bundan əlavə deputat həm də partiyanın icra katibinin müavini vəzifəsindən istefa verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi
Prezident daha bir qəbul keçirdi

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır