Zahid Oruc:”Dünyada baş verən dövlətlərarası qarşıdurmalar böyük təhlükələrlə yanaşı, yeni tarixi fürsətlər də açır”..
16 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
8957
02.09.2020, 19:51
“Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.
Oxu24.com -un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən deyib.
Prezident bildirib ki, toxunmaq istədiyi sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir:
"Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək”.
Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.
19:40 / 16 Noyabr 2026
36
19:28 / 16 Noyabr 2026
22
19:18 / 16 Noyabr 2026
59
19:09 / 16 Noyabr 2026
72
19:05 / 16 Noyabr 2026
65
18:58 / 16 Noyabr 2026
69
18:52 / 16 Noyabr 2026
82
18:45 / 16 Noyabr 2026
78
18:41 / 16 Noyabr 2026
81
18:35 / 16 Noyabr 2026
120
18:23 / 16 Noyabr 2026
83
18:17 / 16 Noyabr 2026
118
18:16 / 16 Noyabr 2026
80
18:05 / 16 Noyabr 2026
92
18:04 / 16 Noyabr 2026
92
17:55 / 16 Noyabr 2026
94
17:50 / 16 Noyabr 2026
396
17:47 / 16 Noyabr 2026
93
17:30 / 16 Noyabr 2026
102
17:26 / 16 Noyabr 2026
113
17:25 / 16 Noyabr 2026
99
17:25 / 16 Noyabr 2026
127
17:19 / 16 Noyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.