Qaynar xətt:

(+99450) 247 90 86

Putin və Lukaşenko Moskvada görüşəcəklər

Putin və Lukaşenko Moskvada görüşəcəklər

SİYASƏT

685

30.08.2020, 18:10

Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub . 

Oxu24.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər.

Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub.