Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3686
az

Ermənistan əhalisi yenə küçələrə axışdı - Katalikosun maşını mühasirəyə alındı

01:4115 İyul, 2018
905
SİYASƏT
  • A
 Ermənistanda etiraz edənlər Qndevanka yola düşmək istəyən bütün ermənilərin katolikosu II Qareginin kortejini mühasirəyə alıblar.

 Virtualaz.org xəbər verir ki, Qndevanka geri aparan yol avtomobillərlə və daşlarla bağlanıb, etiraz edənlər təhdid dolu çağırışlar səsləndirirlər

Xatırladaq ki, bir neçə gün əvvəl "Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri II Qareginin Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edərək, katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. Lakin polis zorla onları kilsədən çıxardı.

Onu da qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan "Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydan çoxdur Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bildirirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Köçəryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU