Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının fotosu
04 Oktyabr 2026, 19:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1075
25.12.2025, 14:11
Bir qrup şəxsin Bərdə və Ağdam rayonları ərazilərində odlu silah-sursat satışı həyata keçirməsi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu24.com-a verilən məlumata görə, polisə Ağdam rayon sakinləri əvvəllər məhkum olunmuş 34 yaşlı Ağasif Abdullayev, tanışı 36 yaşlı Şünasib Hüseynov, 24 yaşlı Cavid Quliyev və Bərdə rayon sakini 29 yaşlı Vüsalə Həsənova ilə qabaqcadan əlbir olaraq qrup şəklində birləşərək dekabr ayı ərazində qanunsuz olaraq odlu silah və onun kompleks hissələrinin satışını təşkil etdikləri barədə əməliyyat məlumatları daxil olub.
Dekabr ayının 23-də qrup üzvləri A.Abdullayev, Ş.Hüseynov və V.Həsənova növbəti dəfə odlu silah sursat satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “Makarov” tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.
Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz olaraq əldə edib saxlayan və satmaq məqsədi ilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C.Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. A.Abdullayev,Ş.Hüseynov, V.Həsənova və C.Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
21:07 / 04 Oktyabr 2026
1
20:53 / 04 Oktyabr 2026
40
20:43 / 04 Oktyabr 2026
44
20:21 / 04 Oktyabr 2026
48
20:06 / 04 Oktyabr 2026
75
19:55 / 04 Oktyabr 2026
61
19:44 / 04 Oktyabr 2026
166
19:23 / 04 Oktyabr 2026
65
19:16 / 04 Oktyabr 2026
106
19:09 / 04 Oktyabr 2026
97
18:44 / 04 Oktyabr 2026
91
18:34 / 04 Oktyabr 2026
71
17:50 / 04 Oktyabr 2026
92
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
93
17:30 / 04 Oktyabr 2026
594
17:23 / 04 Oktyabr 2026
479
17:20 / 04 Oktyabr 2026
64
16:58 / 04 Oktyabr 2026
3090
16:56 / 04 Oktyabr 2026
411
16:55 / 04 Oktyabr 2026
281
16:53 / 04 Oktyabr 2026
529
16:51 / 04 Oktyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.