Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
15 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
648
25.12.2025, 11:21
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının birinci ildönümü ilə bağlı İkinci Fəxri xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət edilib.
Oxu24.com xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda həyatlarını itirən Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
İlkin araşdırmanın nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb.
Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.
10:50 / 15 Noyabr 2026
19
10:25 / 15 Noyabr 2026
142
10:21 / 15 Noyabr 2026
74
10:18 / 15 Noyabr 2026
70
10:12 / 15 Noyabr 2026
96
09:35 / 15 Noyabr 2026
352
07:35 / 15 Noyabr 2026
129
05:50 / 15 Noyabr 2026
131
01:35 / 15 Noyabr 2026
149
01:10 / 15 Noyabr 2026
161
23:59 / 14 Noyabr 2026
349
23:51 / 14 Noyabr 2026
191
23:47 / 14 Noyabr 2026
206
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
510
23:16 / 14 Noyabr 2026
170
23:05 / 14 Noyabr 2026
709
23:01 / 14 Noyabr 2026
546
22:28 / 14 Noyabr 2026
1388
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
199
21:22 / 14 Noyabr 2026
279
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.