Dəhşətli hadisənin yeni detalları: Adı Cəlal imiş
27 Oktyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
660
07.05.2020, 10:12
Bakıda kafedə kütləvi dava zamanı bıçaqlanma hadisəsi törədən daha bir nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Kərəm Məmmədov həbs olunub.
O, İlkin Məmmədovla birlikdə paytaxtda kafedə kütləvi dava zamanı adam bıçaqlamaqda təqsirli bilinib. Hər iki şəxsin işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, bu ilin fevralında İlkin Məmmədovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda ağırlaşdırıcı halların müəyyən edilməsi üçün cinayət işi prokurorluğa qaytarılmışdı.
İttihama görə, ötən il aprelin 1-də, gecə 00.15-də Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən “Legenda” kafesində 1993-cü il təvəllüdlü Binnət Zülfüqarov ilə İlkin Məmmədov mübahisə edib.
Sərxoş olan hər iki tərəf bir-birlərini söyüblər. Bu zaman İlkin Məmmədov özündə olan bıçaqla Binnət Zülfüqarovun ürək və qarın nahiyəsindən xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən İlkin Məmmədov polis əməkdaşları tərəfindən yaxalanıb.
İstintaq müəyyən edib ki, həmin vaxt hadisə qız üstündə yaranan mübahisə zamanı baş verib. İlkin Məmmədova onun dostu Kərəm Məmmədov da köməklik edib.
Hadisə zamanı Binnət Zülfüqarovun yanında olan İsgəndər Hacıyev və Gülnar Talıbova da xəsarət alıblar.
İstintaq orqanı tərəfindən İlkin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
09:41 / 27 Oktyabr 2026
1
09:34 / 27 Oktyabr 2026
93
09:29 / 27 Oktyabr 2026
45
09:28 / 27 Oktyabr 2026
35
09:25 / 27 Oktyabr 2026
39
09:24 / 27 Oktyabr 2026
44
00:42 / 27 Oktyabr 2026
117
00:00 / 27 Oktyabr 2026
94
23:43 / 26 Oktyabr 2026
140
23:30 / 26 Oktyabr 2026
112
23:16 / 26 Oktyabr 2026
137
23:08 / 26 Oktyabr 2026
97
22:58 / 26 Oktyabr 2026
117
22:56 / 26 Oktyabr 2026
105
22:51 / 26 Oktyabr 2026
89
22:34 / 26 Oktyabr 2026
962
22:30 / 26 Oktyabr 2026
103
22:11 / 26 Oktyabr 2026
102
22:11 / 26 Oktyabr 2026
87
22:04 / 26 Oktyabr 2026
103
22:02 / 26 Oktyabr 2026
105
21:58 / 26 Oktyabr 2026
88
21:53 / 26 Oktyabr 2026
336
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.