Qaynar xətt:

(+99450) 247 90 86

Sabunçuda qan töküldü - Polis hər yerdə onu axtarır

Sabunçuda qan töküldü - Polis hər yerdə onu axtarır

KRİMİNAL

917

27.04.2020, 11:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əmircan qəsəbəsində 1995-ci il təvəllüdlü Fariz Babaşov tanışı, 1987-ci il təvəllüdlü Ülvi Hüseynov ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Tanışların mübahisəsi sonda davaya çevrilib. Dava zamanı Fariz babaşov Ülvi Hüseynova iki bıçaq xəsarəti yetirib.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Fariz Babaşov hadisə yerindən qaçıb. Onun tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.