Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29
az

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

19:4827 Mart, 2018
4554
SİYASƏT
  • A
 Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib.

Nazirlər Kabineti Azərbaycan prezidenti İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamının icrası məqsədi ilə belə bir qərar qəbul edib.

Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabineti bununla bağlı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj  3 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 320 manatdan 352 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 335 manatdan 369 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 370 manatdan 407 manata, pedaqoji staj 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 385 manatdan 424 manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 230 manatdan 253 manata, xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox və orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 240 manatdan 264 manata, orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 250 manatdan 275 manata, ali təhsilli, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq olan və ali hərbi təhsilli (pedaqoji staja tələb qoyulmadan) gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 265 manatdan 292 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

****

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin və fiziki tərbiyə rəhbərlərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib.

Nazirlər Kabineti Azərbaycan prezidenti İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamının icrası məqsədi ilə belə bir qərar qəbul edib.

Sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabineti bununla bağlı ""Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Beləliklə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışa bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj 3 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 320 manatdan 352 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 335 manatdan 369 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan orta ixtisas təhsilli müəllimlərin maaşı 370 manatdan 407 manata, pedaqoji staj 18 ildən çox olan orta ixtisas təhsilli müəllimlərin maaşı 400 manatdan 440 manata qaldırılıb.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 230 manatdan 253 manata, xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox və orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 240 manatdan 264 manata, orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər olan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 250 manatdan 275 manata, ali təhsilli, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq olan və ali hərbi təhsilli (pedaqoji staja tələb qoyulmadan) gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşı 265 manatdan 292 manata qaldırılıb.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışa bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staja tələb qoyulmadan ali təhsilli və 5 ildən az olmayaraq pedaqoji staja malik orta ixtisas təhsilli fiziki tərbiyə rəhbərlərinin maaşı 220 manatdan 242 manata, 3 ildən az olmayaraq pedaqoji staja malik ali təhsilli və 10 ildən az olmayaraq pedaqoji staja malik orta ixtisas təhsilli fiziki tərbiyə rəhbərlərinin maaşı 230 manatdan 253 manata, 3 ildən 8 ilədək pedaqoji staja malik ali təhsilli və idman üzrə fəxri adı olan orta ixtisas təhsilli və 18 ildən az olmayaraq pedaqoji staja malik orta ixtisas təhsilli fiziki tərbiyə rəhbərlərinin maaşı 240 manatdan 264 manata, 8 ildən az olmayaraq pedaqoji staj malik ali təhsilli fiziki tərbiyə rəhbərlərinin maaşı 250 manatdan 275 manata qaldırılıb.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Himni dəyişmək istəyən deputat: “Mən indi camaatın içinə necə çıxım, məni gör nə günə qoydular”
Səlim Müslümova yeni vəzifə verildi
Tələbə xanəndə Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi