Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
678
15.04.2020, 18:50
Hazırda koronavirus pandemiyasının yayılması ilə bağlı müxtəlif sektorlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Qida sektoruna gəlincə isə burada istehsal prosesində heç bir dayanma yoxdur. Bu da, təbii ki, əhalinin fasiləsiz olaraq qidaya olan təminatının ödənilməsi ilə bağlıdır.
Oxu24.com bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Qida sektorunda çalışanlar, əsasən, qapalı sahədə işləməli olurlar. Bəs mövcud vəziyyətdə işəgötürənlər və işçilər hansı qaydalara əməl etməlidir? Ekspertlərin sözlərinə görə, işçiləri qapalı sahələrdə çalışan işəgötürənlər öncə öz iş yerlərinə məxsus riskləri düzgün qiymətləndirməlidilər.
Anar Məlikov - Ekspert: "İşçi məsafələri düzgün təyin edilməlidir. Ola bilər ki, karantindən öncə hansısa qida müəssisəsində 20 nəfər çalışıb, indi ara məsafələri və mövcud karantin qaydaları qorunmaq şərti ilə say tərkibi müəyyən edilməlidir. Belə olacağı təqdirdə işçi sayı da azaldılmalıdır".
Eyni zamanda, iş zamanı qoruyucu vasitələrdən, əlcək və maskalardan istifadə olunmalıdır.
Anar Məlikov - Ekspert: "İş yerlərində üzqoruyucu maskalardan istifadə oluna bilər. Əgər havalandırma sistemi yaxşı işləmirsə, o zaman bu kimi problemləri öncə həll etmək, daha sonra işə başlamaq lazımdır".
Nahid Məhərrəmov - Həkim: "İş yerlərində mütləq yoxlamalar aparılmalıdır. İşə gələn insanın, ilk öncə, hərarəti yoxlanmalıdır. Əgər işçinin hərarəti 37 və 37-dən yuxarıdırsa, onun işə gəlməsinin qarşısı alınmalıdır".
Mövzu ilə bağlı şəhərdə fəaliyyət göstərən bəzi qida istehsalı müəssisələrinə baş çəkdik.
Yusif Abbasov - Texnoloq: "Gündəlik iş prosesi bitəndən sonra hər bir avadanlıq dərmanlanır, dezinfeksiya olunur. İşçilər işə girmədən öncə onların hərarəti ölçülür. Ondan sonra bizim laboratoriyamız var, gündəlik bişib çıxan məhsullar hamısı laboratoriyada yoxlanılır".
Samir İsayev - Texnoloq: "Qida sahəsində çalışdığımıza görə işimizi davam etdiririk, lakin işçi seyrəkliyi şərti ilə işləyirik. Bunun üçün biz daxili əmrlə növbələşmiş iş rejimində çalışırıq. Burada artıq iş rejimi tamamilə dəyişib, əvvəllər toplu halda çalışsaq da, indi məsafə qaydalarına, karantin qaydalarına ciddi əməl edilir".
AQTA qida istehsalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir. Belə ki, qida sahəsində çalışan, sağlamlıq vəziyyətinə şübhə olan işçilərin digər işçilərlə təması kəsilməli, dərhal evə göndərilməlidir. Belə şəxslərdən xəstəliyini təsdiqləyən xəstəlik vərəqəsi tələb edilməməlidir. Həmçinin qida sahəsində çalışanlar mütəmadi olaraq, əllərini yumalıdır.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.