Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başladı-Bu məsələ gündəlikdən cıxarıldı.

2018-06/1528799845_milli_meclis_01451-690x450.jpg

SİYASƏT

2477

12.06.2018, 14:37

\"\" Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb. Oxu24.com xəbər verir ki, sessiyanın gündəliyinə 22 məsələ daxil edilib.
Deputatlar “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, “Dövlət sirri haqqında” ,”Sərhəd qoşunları haqqında” , “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” , “Siyasi partiyalar haqqında” , “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər, Vergi Məcəlləsinə dəyişiklik və digər məsələlər gündəliyə salınıb. Milli Məclis sədri Oqtay Əsədov deyib ki, gündəliyə 23 məsələ salınsa da, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik məsələsi gündəlikdən çıxarılıb.