Rusiya ilə Ermənistan arasında nələr BAŞ VERİR? — Siyasi analitikin ŞƏRHİ
03 Fevral 2026, 15:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
791
27.02.2020, 14:33
Prezident İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com -un məlumatına görə, sərəncam açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, maliyyə şəffaflığının yüksəldilməsi, informasiya əldə etmək hüquqlarının təminatı vasitələrinin artırılması, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi və ictimai nəzarətin gücləndirilməsi, açıq hökumətin təşviqi ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədi daşıyır.
1. “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin.
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər:
2.1. “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər;
2.2. Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron qaydada göndərsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Həmçinin oxuyun
4. Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsmana) və yerli özünüidarəetmə orqanlarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki:
5.1. Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
5.2. Fəaliyyət Planının icrasının mütəmadi qiymətləndirilməsini təmin etsin, bu prosesə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün;
5.3. Fəaliyyət Planının icrası sahəsində görülən işlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsın.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
16:25 / 03 Fevral 2026
56
16:20 / 03 Fevral 2026
687
16:05 / 03 Fevral 2026
54
16:00 / 03 Fevral 2026
44
15:34 / 03 Fevral 2026
125
15:19 / 03 Fevral 2026
283
15:13 / 03 Fevral 2026
90
15:09 / 03 Fevral 2026
305
14:38 / 03 Fevral 2026
239
14:27 / 03 Fevral 2026
72
14:25 / 03 Fevral 2026
55
14:14 / 03 Fevral 2026
1525
14:06 / 03 Fevral 2026
81
13:49 / 03 Fevral 2026
64
13:48 / 03 Fevral 2026
82
13:08 / 03 Fevral 2026
1954
13:01 / 03 Fevral 2026
87
12:48 / 03 Fevral 2026
72
12:44 / 03 Fevral 2026
71
12:37 / 03 Fevral 2026
75
12:32 / 03 Fevral 2026
470
12:27 / 03 Fevral 2026
150
12:17 / 03 Fevral 2026
648
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.