Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2302
az

Qarabağla bağlı ŞOK PROQNOZ: Müharibə başlayacaq

14:4928 May, 2018
13190
SİYASƏT
  • A
“İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik yaratdı”.

Oxu24.com  xəbər verir ki, bunu “Amerikanın Səsi”nin erməni xidmətinə şərhində Amerika analitiki Ceffri Mankoff bildirib.

O hesab edir ki, aprel müharibəsinin gedişi Ermənistanın əvvəlki rəhbərliyinin nüfuzunu xüsusilə ordunun müharibəyə hazırlığı planında yerlə bir etdi. Mankoffun fikrincə, Ermənistanda daxili siyasi problemlərinin dərinləşməsi hərbi toqquşmaların yenilənməsinə gətirib çıxara bilər.

“Bəli, təhlükə mövcuddur ki, İrəvanda qeyri-müəyyənliyin dərinləşməsi Qarabağda hərbi əməliyyatların yenilənməsinə səbəb ola bilər", - Mankoff hesab edir.

Hakimiyyətə gəlişindən sonra Ermənistanın yeni administrasiyası elan etdi ki, danışıqlar masasında Dağlıq Qarabağın separatçı rejimi də tərəf kimi əyləşməlidir. Bu haqda baş nazir Nikol Paşinyan mayın 9-da Xankəndidə mətbuat konfransında bildirdi. Baş nazir vurğuladı ki, Ermənistan yalnız öz adından danışıqlar aparmalıdır.

Analitik Stiven Blank isə qeyd edir ki, bu yanaşma münaqişənin nizama salınması üçün faydalı olmayacaq:

“Qarabağı bir dövlət kimi heç kim tanımır. O 1994-cü ildən Ermənistanın bir hissəsi olmağı arzulayır. Amma belə yanaşma istənilən danışıqlar prosesini pozacaq”.

Onun fikrincə, Qərb iki tərəf arasında razılaşmanın əldə olunmasına kömək üçün prosesə daha aktiv cəlb olunmağa məcburdur. Analitikin sözlərinə görə, Ermənistanın sonrakı inkişafı həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlıdır.

Düşünürəm ki, Qərb münaqişənin dayandırılması işinə ciddi cəlb olunmalı və tərəflərə razılaşmanın əldə edilməsi üçün kömək göstərməlidir”, - Blank vurğulayıb.

Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Olqa Oliqer isə bildirib ki, Ermənistan-Rusiya hərbi münasibətlərinin sonrakı inkişafı tərəflər arasında qızğın silahlanmaya səbəb olacaq.

“Soçiyə səfəri zamanı baş nazir Nikol Paşinyan Ermənistan-Rusiya hərbi əməkdaşlığının dərinləşməsi ehtiyacı haqqında danışdı. Aydındır ki, Azərbaycan Rusiya ilə hərbi münasibətlərin dərinləşməsi haqqında Ermənistanın xahişindən son dərəcə əsəbiləşir. Amma bu, həmçinin ona gətirib çıxara bilər ki, Azərbaycan hərbi əməkdaşlığı dərinləşdirilməsi barədə Rusiyaya müraciət edəcək. Rusiya hər iki tərəfə silah satmağa həmişə hazırdır”, - Oliqer söyləyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu