Qonşularımız 1 qayadan milyonlar qazanır, bizdə müalicəvi - isti bulaq 48 ildir havayı axır
31 Yanvar 2026, 16:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
18.12.2025, 13:13
Azərbaycanda dezinformasiya problemi ölkənin beynəlxalq nüfuzu artdıqca daha qabarıq şəkildə özünü göstərir.
Oxu24.com -un verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.
Əhməd İsmayılov bildirib ki, xüsusilə Azərbaycanda böyük beynəlxalq tədbirlərin keçirildiyi dövrlərdə müxtəlif qarayaxma və dezinformasiya kampaniyalarına şahidi olunur.
Onun sözlərinə görə, bu kampaniyalar çaşqınlıq və qeyri-sabitlik yaratmaq məqsədi daşıyır və çox vaxt ölkənin reputasiyasına zərər vurmağa yönəlmiş yalan məlumatlar formasında ortaya çıxır.
İcraçı direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake” texnologiyaları, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya hallarının artdığını vurğulayıb. Bu cür hallar ölkələrin imicinə və daxili ictimai həyatına ciddi təsir göstərməklə yanaşı, beynəlxalq sabitliyə zərbə vurur və dövlətlər arasında etimadı sarsıdır.
Əhməd İsmayılov Prezident İlham Əliyevin mövqeyinə istinad edərək bildirib ki, informasiya təxribatları beynəlxalq xarakter daşıyır və təkcə ölkələrin imicini zədələmir, eyni zamanda, mediaya olan ictimai etimadı da zəiflədir.
O xatırladıb ki, Şuşa şəhərində keçirilən Qlobal Media Forumları çərçivəsində dünyanın nüfuzlu media nümayəndələrinin və ekspertlərin iştirakı ilə rəqəmsal mühitdə medianın gələcəyinə dair geniş müzakirələr aparılır.
Həmçinin oxuyun
İcraçı direktor qeyd edib ki, bu ilin iyul ayında keçirilən Üçüncü Şuşa Qlobal Media Forumunda süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi məsələləri müzakirə olunarkən əsas diqqət dezinformasiya ilə mübarizədə media savadlılığının artırılmasına yönəldilib.
O, həmçinin Türkiyə–Azərbaycan birgə media platforması çərçivəsində və digər türk dövlətləri ilə keçirilən birgə forumlar və mötəbər tədbirlərdə dezinformasiya ilə mübarizə məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Əhməd İsmayılov hazırda Azərbaycanda media savadlılığı həftəsinin keçirildiyini diqqətə çatdırıb: “Hər il dekabr ayında biz bütün ölkədə media savadlılığı həftəsi elan edir və il boyu bu istiqamətdə gördüyümüz işlərlə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiririk. Bu, son illər bizim ölkəmizdə formalaşmış yaxşı ənənə kimi cəmiyyət tərəfindən maraqla qarşılanır”.
Əhməd İsmayılov vurğulayıb ki, transmilli informasiya siyasəti və milli sərhədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına, cəmiyyətlərin vəziyyətinə ciddi təsir göstərməkdədir.
Əhməd İsmayılov qeyd edib ki, beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir: “Bu baxımdan qardaş türk dövlətləri ilə birgə əməkdaşlığa, fikir mübadiləsinə hazırıq”.
17:29 / 31 Yanvar 2026
1
16:15 / 31 Yanvar 2026
47
16:14 / 31 Yanvar 2026
183
16:11 / 31 Yanvar 2026
42
16:04 / 31 Yanvar 2026
52
15:51 / 31 Yanvar 2026
244
15:45 / 31 Yanvar 2026
41
15:35 / 31 Yanvar 2026
187
15:28 / 31 Yanvar 2026
59
14:34 / 31 Yanvar 2026
1407
13:57 / 31 Yanvar 2026
83
13:45 / 31 Yanvar 2026
117
13:15 / 31 Yanvar 2026
317
12:54 / 31 Yanvar 2026
895
12:48 / 31 Yanvar 2026
114
12:20 / 31 Yanvar 2026
1725
11:51 / 31 Yanvar 2026
698
11:48 / 31 Yanvar 2026
101
11:02 / 31 Yanvar 2026
101
11:00 / 31 Yanvar 2026
86
10:49 / 31 Yanvar 2026
338
10:40 / 31 Yanvar 2026
157
10:31 / 31 Yanvar 2026
5105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.