Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
17 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7924
18.12.2025, 11:30
Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub.
Belə ki, iddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək, həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib. Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe iş razılaşıb, daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə kassasiya qaydasında baxılıb.
Ali Məhkəmə qərarında vurğulayıb ki, Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinin məzmununa görə, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir.
Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir. Ali Məhkəmə həmçinin bildirib ki, kassasiya instansiyasının səlahiyyəti iş üzrə faktiki halları yenidən araşdırmaq deyil, aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığını yoxlamaqdan ibarətdir. Bu baxımdan apellyasiya instansiyasının sübutlara verdiyi hüquqi qiymət və gəldiyi nəticə əsaslı hesab edilib. Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.
19:32 / 17 May 2026
91
19:27 / 17 May 2026
109
19:12 / 17 May 2026
1558
19:02 / 17 May 2026
85
19:00 / 17 May 2026
80
18:43 / 17 May 2026
357
18:41 / 17 May 2026
82
18:39 / 17 May 2026
83
18:37 / 17 May 2026
83
18:35 / 17 May 2026
88
17:32 / 17 May 2026
212
17:28 / 17 May 2026
88
17:27 / 17 May 2026
91
17:25 / 17 May 2026
98
17:16 / 17 May 2026
561
17:14 / 17 May 2026
86
17:11 / 17 May 2026
93
17:08 / 17 May 2026
85
17:07 / 17 May 2026
85
17:05 / 17 May 2026
97
15:14 / 17 May 2026
92
15:00 / 17 May 2026
93
14:45 / 17 May 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.