Azərbaycanda bu TV-nin icraçı direktoru DƏYİŞDİ
05 Oktyabr 2026, 10:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
16236
18.12.2025, 22:28
Abutab Abbasova və Emin İsmayılov Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müavinləri vəzifələrinə təyin ediliblər.
Oxu24.com xəbər verir ki, bu barədə elm və təhsil naziri əmr imzalayıb.
Qeyd edək ki, Abutab Abbasova ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb, Qlazqo Universitetində tələbə mübadilə proqramında iştirak edib, SOAS London Universitetində isə inkişaf elmləri üzrə magistratura təhsilini başa vurub.
O, əmək fəaliyyətinə Xəzər Universitetində başlayıb. 2019-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunda müxtəlif vəzifələrdə çalışıb, 2021–2024-cü illərdə həmin qurumun Təhsildə innovasiyalar şöbəsinin müdiri olub.
Bununla yanaşı, Böyük Britaniya, Belçika Krallığı və ABŞ-da müxtəlif müəssisələrdə iş təcrübəsi qazanıb. A. Abbasova 2024-cü ildən indiyədək Yüksək Texnologiyalar Parkının baş icraçı direktorunun müşaviri vəzifəsini icra edib.
Hazırda Bakı Dövlət Universitetində müəllim kimi də fəaliyyət göstərir.
Emin İsmayılov Türkiyənin Koç Universitetində biznesin idarəedilməsi ixtisası üzrə bakalavriat təhsili alıb və həmin ali təhsil müəssisəsində sahibkarlığın inkişafı üzrə ixtisaslaşma proqramını tamamlayıb.Əmək fəaliyyətinə Baker Tilly Azerbaijan şirkətinin Biznes Məsləhətləri departamentində başlayıb. Daha sonra PAŞA Həyat Sığorta şirkətinin Strategiya və İnvestisiya departamentində fəaliyyət göstərib.
Təyinatadək SABAH.HUB İnnovasiya Mərkəzinin Strategiya və Layihələrin İdarəolunması departamentində çalışıb.
10:13 / 05 Oktyabr 2026
1
10:11 / 05 Oktyabr 2026
17
10:09 / 05 Oktyabr 2026
18
10:07 / 05 Oktyabr 2026
23
10:03 / 05 Oktyabr 2026
24
09:57 / 05 Oktyabr 2026
33
09:54 / 05 Oktyabr 2026
34
09:06 / 05 Oktyabr 2026
47
08:40 / 05 Oktyabr 2026
59
03:44 / 05 Oktyabr 2026
211
01:03 / 05 Oktyabr 2026
1542
01:01 / 05 Oktyabr 2026
108
00:56 / 05 Oktyabr 2026
121
00:51 / 05 Oktyabr 2026
213
00:50 / 05 Oktyabr 2026
8991
00:42 / 05 Oktyabr 2026
989
00:38 / 05 Oktyabr 2026
344
00:36 / 05 Oktyabr 2026
124
00:35 / 05 Oktyabr 2026
517
00:32 / 05 Oktyabr 2026
84
23:16 / 04 Oktyabr 2026
90
22:50 / 04 Oktyabr 2026
86
22:15 / 04 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.