Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı
28 Yanvar 2026, 20:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
898
18.12.2025, 12:35
DİN-in tarixi
1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi
keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.
MÜXTƏLİF İLLƏRDƏ DAXİLİ İŞLƏR NAZİRİ VƏZİFƏSİNİ TUTANLAR
Azərbaycan Respublikasının tarixi boyu Daxili İşlər naziri vəzifəsini tutmuş şəxslərin xronologiyası:
Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 – 17.06.1918)
Behbudxan Cavanşir (17.06.1918 – 26.12.1918)
Xasməmmədov Xəlil bəy (26.12.1918 – 16.06.1919)
Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 – 22.12.1919)
Hacınski Məmmədhəsən (22.12.1919 – 15.02.1920)
Vəkilov Mustafa bəy (15.02.1920 – 28.04.1920)
Sultanov Həmid Həsən oğlu (28.04.1920 – 01.06.1921)
Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 – 22.05.1927)
Rizayev Novruz Kərim oğlu (22.05.1927 – 10.07.1929)
Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05.02.1941)
Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 – 01.06.1943)
Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 – 06.06.1953)
Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954)
Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956)
Kərimov Əli Həbib oğlu (11.08.1956 – 05.02.1960)
Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 – 05.01.1965)
Əlizadə Məmməd Əli oğlu (05.01.1965 – 19.03.1970)
Heydərov Arif Nəzər oğlu (19.03.1970 – 20.07.1978)
Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 – 06.04.1987)
Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 – 09.05.1990)
Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)
Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)
Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
Usubov Ramil İdris oğlu (29.04.1994-20.06.2019)
Eyvazov Vilayət Süleyman oğlu (20.06.2019 - indiyədək)
20:43 / 28 Yanvar 2026
25
20:28 / 28 Yanvar 2026
28
20:20 / 28 Yanvar 2026
41
20:14 / 28 Yanvar 2026
44
20:07 / 28 Yanvar 2026
45
19:49 / 28 Yanvar 2026
141
19:36 / 28 Yanvar 2026
68
19:30 / 28 Yanvar 2026
52
19:26 / 28 Yanvar 2026
94
19:24 / 28 Yanvar 2026
609
19:20 / 28 Yanvar 2026
90
19:14 / 28 Yanvar 2026
136
19:10 / 28 Yanvar 2026
4817
18:40 / 28 Yanvar 2026
84
18:35 / 28 Yanvar 2026
107
18:27 / 28 Yanvar 2026
1224
18:23 / 28 Yanvar 2026
222
18:15 / 28 Yanvar 2026
101
17:54 / 28 Yanvar 2026
150
17:50 / 28 Yanvar 2026
672
17:39 / 28 Yanvar 2026
110
17:13 / 28 Yanvar 2026
107
16:21 / 28 Yanvar 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.