Nazir onu vəzifəsindən AZAD ETDİ
13 Aprel 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
584
07.01.2020, 12:50
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.
Həmçinin oxuyun
Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
16:55 / 13 Aprel 2026
1
16:23 / 13 Aprel 2026
274
16:17 / 13 Aprel 2026
39
15:59 / 13 Aprel 2026
44
15:48 / 13 Aprel 2026
54
15:45 / 13 Aprel 2026
45
15:42 / 13 Aprel 2026
253
15:34 / 13 Aprel 2026
59
15:27 / 13 Aprel 2026
289
15:24 / 13 Aprel 2026
61
15:14 / 13 Aprel 2026
59
14:55 / 13 Aprel 2026
599
14:48 / 13 Aprel 2026
789
14:14 / 13 Aprel 2026
1871
14:02 / 13 Aprel 2026
64
13:57 / 13 Aprel 2026
81
13:35 / 13 Aprel 2026
884
13:31 / 13 Aprel 2026
109
13:26 / 13 Aprel 2026
105
13:19 / 13 Aprel 2026
97
12:59 / 13 Aprel 2026
155
12:56 / 13 Aprel 2026
86
12:45 / 13 Aprel 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.