Nazir onu vəzifəsindən AZAD ETDİ
13 Aprel 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1414
07.01.2020, 12:16
"Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü".
Oxu24.com xəbər verir ki, bunu hurriyet.org saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
O uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının da səbəbini açıqlayıb:
Həmçinin oxuyun
"Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir".
Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: "Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm".

16:55 / 13 Aprel 2026
1
16:23 / 13 Aprel 2026
274
16:17 / 13 Aprel 2026
39
15:59 / 13 Aprel 2026
44
15:48 / 13 Aprel 2026
54
15:45 / 13 Aprel 2026
45
15:42 / 13 Aprel 2026
253
15:34 / 13 Aprel 2026
59
15:27 / 13 Aprel 2026
289
15:24 / 13 Aprel 2026
61
15:14 / 13 Aprel 2026
59
14:55 / 13 Aprel 2026
599
14:48 / 13 Aprel 2026
789
14:14 / 13 Aprel 2026
1871
14:02 / 13 Aprel 2026
64
13:57 / 13 Aprel 2026
81
13:35 / 13 Aprel 2026
884
13:31 / 13 Aprel 2026
109
13:26 / 13 Aprel 2026
105
13:19 / 13 Aprel 2026
97
12:59 / 13 Aprel 2026
155
12:56 / 13 Aprel 2026
86
12:45 / 13 Aprel 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.