Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi
12 Aprel 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
904
05.01.2020, 21:04
“İran indi Rusiyadan kömək istəyə bilər. Biz isə bu ölkədə Hind okeanının sahilində sürətli şəkildə hərbi dəniz, hava və quru qüvvələri bazası qura bilərik”.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) lideri Vladimir Jirinovski “Telegram” hesabında yazıb.
Həmçinin oxuyun
Partiya lideri İrana Liviya ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün orada Rusiyaya aid hərbi bazaların qurulmasını düşünməsini təklif edib: “İranlı general Süleymani niyə öldürüldü? İraq və İrandaçkı şiələr arasında nifaq toxumları əkmək və beynəlxalq ictimaiyyəti gələcəkdə İrana qarşı təşkil olunacaq hücumlara hazırlamaq üçün. Bu ölkəni parçalamaq planı 10 ildir ki, hazırdır və tutarlı şəkildə tətbiq edilir. İranlı generalın öldürülməsi Yaxın Şərqdəki gərginliyi artırdı. Şiə qüvvələrinin və ümumi olaraq, müsəlman və anti-Amerika qüvvələrinin dirənişini qarışdırdı. ABŞ bu şəkildə 1979-cu ildə SSRİ- ordusunun Əfqanıstana girməsindən sonra olduğu kimi Rusiyanın müsəlman dünyası ilə qarşı-qarşıya gətirmək istəyir".
Jirinovski bildirib ki, ABŞ müasir Rusiya və Çinə hücum etməklə Yaxın Şərqdəki yanğının qonşu ölkələrə sıçramasını təmin etmək üçün daha bir həmləyə ehtiyac duyur: "Bütün bunlar nüvə silahlarının da istifadə olunacağı savaşa yol açacaq. Amma biz bunun qarşısını ala bilərik. Məsələn, İran indi Rusiyadan yardım istəyə bilər. Biz isə bu ölkədə Hind okeanının sahilində sürətli şəkildə hərbi dəniz, hava və quru qüvvələri bazası qura bilərik. Əlavə olaraq, İran öz hava məkanını qorumaq üçün təcili müasir sistemlər də tələb edə bilər. Bunu etməyi bacarsalar, İran yaşayacaq. Əks təqdirdə, Liviyanın taleyini yaşayacaq”.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds briqadasının komandanı Qasım Süleymaninin Bağdad hava limanında ABŞ qüvvələri tərəfindən öldürülüb.
11:34 / 13 Aprel 2026
1
11:27 / 13 Aprel 2026
19
11:19 / 13 Aprel 2026
144
11:10 / 13 Aprel 2026
39
11:09 / 13 Aprel 2026
41
11:04 / 13 Aprel 2026
34
11:01 / 13 Aprel 2026
42
10:52 / 13 Aprel 2026
44
10:48 / 13 Aprel 2026
34
10:41 / 13 Aprel 2026
97
10:38 / 13 Aprel 2026
50
10:31 / 13 Aprel 2026
122
10:24 / 13 Aprel 2026
327
10:18 / 13 Aprel 2026
55
10:02 / 13 Aprel 2026
289
10:00 / 13 Aprel 2026
41
09:55 / 13 Aprel 2026
49
09:36 / 13 Aprel 2026
210
09:35 / 13 Aprel 2026
236
01:07 / 13 Aprel 2026
443
00:00 / 13 Aprel 2026
164
23:45 / 12 Aprel 2026
512
23:33 / 12 Aprel 2026
4483
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.