"Qarabağı qaytarmayacağıq" - Ermənistan tərəfi sensasion bəyanat yaydı
15:0122 May, 2018
13691
SİYASƏT
A
Ermənistan Xarici İşlər Nazirliyi yenə də Dağlıq Qarabağ danışıqlarının atmosferinə zidd olan bəyanat verib.
Oxu24.com xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Azərbaycan başa düşməlidir ki, Dağlıq Qarabağın danışıqlarda bilavasitə iştirakı olmadan sülhün təmin olunması mümkün deyil”, - deyə bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi Qarabağın danışıqlarda iştirakında təkid edir: “İndi reallıqlar dəyişib və Qarabağ danışıq prosesində yer almalıdır”.
T. Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqqında razılığın olmadığını qeyd edib.
“Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz”, - deyə o əlavə edib.
Qeyd edək ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Hansı ki, Bakı 20 ildən artıq davam edən danışıqlar prosesində buna qarşı çıxıb. Ekspertlər isə İrəvanın mövqeyini müharibəyə çağırış kimi qiymətləndirirl.ər.
ŞƏRHLƏR