Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
309
06.10.2026, 14:14
Xalq artistimiz Nurəddin Mehdixanlının 70 yaşı tamam olur.
Oxu24.com bildirir ki,Cəlilabadın Tahirli kəndində anadan olub.
Ailədə 17 uşaq olublar; 10 qız, 7 oğul. Kənddə iki kitabxana varmış, biri ədəbiyyat müəlliminin, biri də onların evində.
“Məktəbə ayaqyalın gedərdik, ayaqqabımız əlimizdə olardı, məktəbin qabağındakı hovuzda ayağımızı yuyub, ayaqqabımızı geyinib girərdik məktəbə.
Məktəb, onun təmizliyi canımızdan əziz imiş demək", - aktyor xatırlayır. Atası rəhmətə gedincə onu danışdırmayıb. Orta məktəbi bitirəndən sonra hamı elə bilirdi ki, o, hərbçi olacaq, çünki nəsillərində daha çox hərbçilər yetişərdi. Atası isə onun hüquqşünas olmasını istəyirdi.
Aktyor olmaq ağlının ucundan da keçməzdi. Hər şey Bakıda “26-lar adına teatr dərnəyi”ndən başladı. Hüquq fakültəsinə qəbul olunmaq üçün imtahanlardan da keçmişdi artıq, qəbul kağızını dərnəyin rəhbəri Lütfi Məmmədbəyov alıb cırıq-cırıq eləyib atdı, “sən yaxşı aktyor olacaqsan” - dedi.
Nurəddin sənədlərini alıb İncəsənət İnstitutuna verdi və qəbul olundu. Bunu eşidən atası rəhmətə gedincəyə qədər oğlu ilə kəlmə kəsmədi, Nurəddin evdən heç bir maddi köməklik görmədi. Həm oxudu, həm işlədi. Sərt ataların oğulları sərt həyatla çarpışıb qalibiyyət qazanar. Adil İsgəndərovun son kursunun tələbələrindən olub Nurəddin Mehdixanlı. Ustadı Ələsgər Ələkbərova oxşadarmış onu, deyərmiş ki, yaxşı aktyor olacaqasan. Vaqif filmini çəkmək istəyirmiş, bu barədə aktyorla söhbətlər aparır, onu bir növ Vaqif üçün hazırlayırmış, amma ömür vəfa etmir, Adil İsgəndərov dünyasını dəyişir.
Ramilə Qurbanlı.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.