Pezeşkian Moskvadadır
27 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
675
06.10.2026, 12:32
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Oxu24.com xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlətimizin başçısına təqdim edərək, Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğuladı.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirdi.
Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını dedi.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd etdi.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlandı, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlif səviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunuldu, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.
Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.





00:42 / 27 Oktyabr 2026
69
00:00 / 27 Oktyabr 2026
69
23:43 / 26 Oktyabr 2026
90
23:30 / 26 Oktyabr 2026
74
23:16 / 26 Oktyabr 2026
88
23:08 / 26 Oktyabr 2026
75
22:58 / 26 Oktyabr 2026
83
22:56 / 26 Oktyabr 2026
84
22:51 / 26 Oktyabr 2026
69
22:34 / 26 Oktyabr 2026
403
22:30 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
84
22:11 / 26 Oktyabr 2026
75
22:04 / 26 Oktyabr 2026
92
22:02 / 26 Oktyabr 2026
86
21:58 / 26 Oktyabr 2026
75
21:53 / 26 Oktyabr 2026
200
21:44 / 26 Oktyabr 2026
78
21:32 / 26 Oktyabr 2026
79
21:30 / 26 Oktyabr 2026
81
21:05 / 26 Oktyabr 2026
1553
21:02 / 26 Oktyabr 2026
91
20:56 / 26 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.