Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
269
06.10.2026, 11:01
"AzərEnerji" ASC Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyasını inşa edir.
Oxu24.com "AzərEnerji"yə istinadən xəbər verir ki, Şəlvə çayının Laçın rayonundan keçən hissəsində tikilən 4,59 meqavatlıq "Seyidlər", 3,16 meqavatlıq "Bülövlü" və 2,93 meqavatlıq "Qoşasu" su elektrik stansiyalarının hər biri üçün suqəbuledici qurğular inşa olunub. Mürəkkəb dağlıq relyefdə stansiyalara suyun çatdırılması üçün ümumilikdə, 14,5 kilometr uzunluğunda derivasiya boru xətləri çəkilib.
Hazırda hər üç stansiyada tikinti işləri yekunlaşmaq üzrədir. Stansiyalarda turbin və generatorların quraşdırılması həyata keçirilir. İşlərin yaxın aylarda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, son 6 il ərzində "AzərEnerji" tərəfindən Laçın rayonunda ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilərək istismara verilib. Yeni üç stansiyanın da istifadəyə verilməsi ilə rayonda fəaliyyət göstərən su elektrik stansiyalarının sayı 14-ə, ümumi gücü isə 83,3 meqavata çatacaq.
Hazırda Laçın rayonunun 8-10 meqavatlıq elektrik tələbatı tam olaraq su elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji" hesabına qarşılanır. Tələbatdan artıq istehsal olunan elektrik enerjisi isə ölkənin vahid enerjisisteminə ötürülür.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.