Antoine Lavoisier haqqında maraqlı FAKTLAR
18 Noyabr 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1418
06.10.2026, 13:50
İndoneziya hökuməti Rusiyanın Sibir bölgəsində naməlum səbəbdən pnevmoniya şübhəsi ilə bir şəxsin ölümündən sonra ölkəyə giriş məntəqələrində nəzarəti artırıb.
Oxu24.com xəbər verir ki,Antara xəbər agentliyinin məlumatına görə, İndoneziya Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Bürosunun rəhbəri Aji Muhavarman Rusiyada baş verən pnevmoniya hadisəsindən sonra giriş məntəqələrində səhiyyə tədbirlərinin sərtləşdirildiyini bildirib.
Muhavarman bildirib ki, şübhəli pnevmoniya hadisəsi ilə bağlı "qlobal səhiyyə xəbərdarlığı" olmasa da, strateji giriş məntəqələrində, xüsusən də Balidəki hava limanlarında və limanlarda nəzarət artırılıb.
Bu kontekstdə İndoneziyaya səyahət edənlər üçün onlayn sistemə yüklənmiş məcburi "sağlamlıq bəyannaməsi forması" vasitəsilə zəruri yoxlamaların aparılması, sərnişinlərin klinik simptomlara görə monitorinqi və ölkəyə daxil olan sərnişin gəmilərinin müxtəlif qiymətləndirmələrə məruz qalması kimi tədbirlərin həyata keçirildiyi bildirilir.
2 oktyabrda İrkutsk Vilayətinin qubernatoru İqor Kobzev bölgə sakinində "şübhəli xüsusilə təhlükəli infeksiya" ilə bağlı məlumatdan sonra sanitar və epidemioloji nəzarət komissiyasının fövqəladə iclasının keçirildiyini elan edib.
Bəzi sosial media kanalları həmin gün vəba ilə mübarizə institutunun əməkdaşının "pnevmonik vəba"dan öldüyünü yazır.
Dünən Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Federal Xidməti (Rospotrebnadzor) Sibir və Uzaq Şərq İrkutsk Vəba ilə Mübarizə İnstitutunun əməkdaşına "səbəbi bilinməyən pnevmoniya" diaqnozu qoyulduqdan sonra xüsusi tədbirlərin həyata keçirildiyini bildirib.
Jalə
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.