Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2027
az

Qarabağda vəziyyət dəyişir, ermənilər Bakıya ÜZ TUTUR – İrəvana BÖYÜK ŞOK

22:1121 May, 2018
4433
SİYASƏT
  • A
 Ermənistanda Serj Sarkisyanın devrilməsi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə keçir.

Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, erməni siyasi şərhçi Arutün Qriqoryan Qarabağda qondarma rejimin “prezidenti” Bako Saakyana qarşı üsyanın başlayacağını yazıb.

Erməni şərhçi qeyd edir ki, İrəvandakı proseslər Xankəndinə də təsir edir: “İrəvanda artıq Sarkisyan dönəmi başa çatdı və indi növbə Xankəndindədir. Bako Saakyan hər şeyi edir ki, inqilab Qarabağa qədər gəlib çıxmasın, lakin proses artıq başlanmış hesab oluna bilər”,

A.Qriqoryan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin “prezident üsul-idarəsi”nə keçidinin səbəblərini xatırladıb.

“Sarkisyan İrəvanda bəyan edirdi ki, parlament-üsul idarəsinə keçməyin vaxtı çatıb. Lakin Xankəndində “prezident üsul-idarəsi”nə keçid edildi. Səbəb kimi Azərbaycanla müharibə şəraiti göstərilirdi, lakin burada da hakimiyyətin qorunması məqsədinin olduğu məlum idi. Hətta “aprel müharibəsi”ndə məğlubiyyətə baxmayaraq, Sarkisyanın dəstəyi ilə Saakyan öz hakimiyyətinin ömrünü uzatdı. Artıq İrəvanda siyasi situasiya dəyişib və bu proseslərin tezliklə Qarabağa da təsir edəcəyi gözlənilir. Xankəndində sosial-iqtisadi vəziyyətin yaxşı olmadığı hər kəsə məlumdur. Sarkisyan İrəvanda şəxsi zənginliyini təmin edən sistem yaratdığı kimi, Xankəndində də “hakimiyyətin təpəsindəkilər” eyni sistem yaradıb. Bu vəziyyət potensial inqilaba hamilədir və inqilab virusu Qarabağda yayılmağa başlayıb”, – deyə o qeyd edib.

Erməni şərhçi Saakyanın Azərbaycan təhlükəsini əsas gətirərək, ermənilər üzərində nəzarəti təmin etdiyini, lakin bunun yanlış və təhlükəli olduğunu yazıb: “Əksinə, Qarabağda mövcud diktatura əhalinin bir gün Azərbaycanın tərkibində yaşamaq istəyini artıra bilər. Çünki əgər İrəvan buna müdaxilə etmirsə, ağır vəziyyətdə yaşayan əhali nicat yolu kimi Bakını seçə bilərlər”.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU