Yağışlara görə yeni QƏRAR VERİLDİ
15 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
06.10.2026, 10:26
Vəkillər Kollegiyasının rəsmi internet platformasına "mygov ID" vahid giriş altsistemi inteqrasiya edilib.
Bu barədə Oxu24.com-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, yeni inteqrasiya nəticəsində vəkillərin şəxsi kabinetə giriş imkanları daha da genişləndirilib.
Belə ki, kollegiya üzvləri, vəkilliyə namizədlər və vətəndaşlar artıq şəxsi kabinetlərinə "mygov" tətbiqi, eləcə də müxtəlif gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola bilərlər.
Bununla da istifadəçilərin elektron xidmətlərdən daha rahat və çevik şəkildə yararlanmasına şərait yaradılıb.
Bundan əlavə, vətəndaşların "mygov" tətbiqi vasitəsilə kollegiyanın Rəyasət Heyətinə elektron qaydada müraciət etməsi imkanı da yaradılıb. Yeni funksionallıq müraciətlərin daha operativ şəkildə təqdim olunmasına və vətəndaşlarla VK arasında elektron əlaqənin daha da təkmilləşdirilməsinə xidmət göstərir.
Eyni zamanda Azərbaycan Vəkillər Kollegiyası Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə inteqrasiya olunub.
İnteqrasiya nəticəsində Vəkillər Kollegiyası RSD-yə qoşulmuş dövlət qurumları və digər təşkilatlarla sənədlərin rəqəmsal formada təhlükəsiz və operativ mübadiləsini həyata keçirə biləcək. Rəsmi sənədlərin rəqəmsal qaydada göndərilməsi və qəbul edilməsi sənəd dövriyyəsinin sürətləndirilməsinə, kağız daşıyıcılardan istifadənin azaldılmasına və qurumlararası yazışmaların daha səmərəli təşkilinə imkan yaradacaq.
Məlumatda qeyd olunub ki, gələcəkdə vəkil sorğularının RSD altsistemi vasitəsi ilə göndərilməsi də nəzərdə tutulur.
22:24 / 15 Noyabr 2026
1
22:05 / 15 Noyabr 2026
344
21:57 / 15 Noyabr 2026
111
21:37 / 15 Noyabr 2026
728
21:07 / 15 Noyabr 2026
762
20:58 / 15 Noyabr 2026
424
20:55 / 15 Noyabr 2026
119
20:44 / 15 Noyabr 2026
265
20:39 / 15 Noyabr 2026
110
20:30 / 15 Noyabr 2026
136
20:09 / 15 Noyabr 2026
373
19:51 / 15 Noyabr 2026
410
19:37 / 15 Noyabr 2026
134
19:17 / 15 Noyabr 2026
143
19:09 / 15 Noyabr 2026
130
18:40 / 15 Noyabr 2026
145
18:05 / 15 Noyabr 2026
155
17:53 / 15 Noyabr 2026
2037
17:43 / 15 Noyabr 2026
795
17:16 / 15 Noyabr 2026
707
17:12 / 15 Noyabr 2026
4251
17:09 / 15 Noyabr 2026
132
15:50 / 15 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.