Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur
Oxu24.com bildirir ki, bu barədə Sfera.az-a mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.
Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəngimizə cavab verilməyib.
Qeyd edək ki, Əhəd Abıyev haqqında mətbuatda tez-tez yazılar dərc edilir. O, boks şouları ilə yerli, Kolumbiya bayrağını Ermənistan bayrağı ilə səhv salması ilə də dünya mətbuatında özündən bəhs etdirib
Oxu24.com
ŞƏRHLƏR