Rövşən Muradov: “Füzulidə yeni nəsil yurd həsrətini tarixdən öyrənəcək”
15 Oktyabr 2026, 15:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
186
15.10.2026, 15:01
Azər Allahverənov: “Azərbaycan-Türkiyə birliyinə zərbə vurmaq istəyənlərin məqsədi üzə çıxarılmalıdır”
Milli Məclisin deputatı Azər Allahverənov Türkiyənin sosial media məkanında Azərbaycana qarşı yönələn informasiya hücumlarını və Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyaları qətiyyətlə pisləyib. O hesab edir ki, bu cür halların qarşısının alınması üçün Türkiyənin aidiyyəti qurumları məsələni nəzarətə götürməli, kampaniyaların arxasında dayanan qüvvələr və onların məqsədləri araşdırılmalıdır.
Deputat Azər Allahverənov bu barədə Oxu24.com-a açıqlamasında bildirib ki, Türkiyədə müəyyən siyasi və kifayət qədər radikal mərkəzlər Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq bağlarına müxtəlif mövzular üzərindən zərbə vurmağa çalışırlar.
Onun sözlərinə görə, əvvəlcə məsələ Azərbaycan diplomatının BMT-dəki fəaliyyəti ilə əlaqələndirilib, daha sonra tamamilə başqa müstəviyə keçirilib, üçüncü mərhələdə isə məktəbli forması ilə bağlı məsələyə yönəldilib.
Deputat qeyd edib ki, mahiyyət etibarilə ayrı-ayrı mövzular olsa da, bu proseslərin arxasında müəyyən məqsədin dayandığı görünür. Həmin məqsəd isə ilk növbədə Azərbaycan-Türkiyə birliyini və müttəfiqliyini bu və ya digər formada sarsıtmaqdır.
Azər Allahverənov bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər qardaşlıq bağlarından da irəliyə gedərək daha dərin və məzmunlu xarakter alıb. Onun fikrincə, iki ölkə bir çox məsələlərdə eyni mövqedən çıxış etməklə Avrasiya məkanında ciddi bir tandem formalaşdırıb.
Deputat vurğulayıb ki, dini, irqi və mədəni bağları güclü olan dövlətlərin müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə nəzər saldıqda belə bir səviyyədə əlaqələrə nadir hallarda rast gəlinir. Bu baxımdan, Azərbaycan-Türkiyə münasibətləri nümunə olmaqla yanaşı, eyni zamanda müəyyən destruktiv qüvvələrin hədəfinə çevrilir.
Onun sözlərinə görə, ilk növbədə Türkiyənin güc strukturları bu məsələlərə diqqət yetirməlidirlər. Türkiyə mediasında Azərbaycana qarşı belə kampaniyalara start verən və ya bu istiqamətdə göstəriş verən, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında aksiyaların təşkilində birbaşa əli olan şəxslər müəyyənləşdirilməlidir. Bundan sonra həmin şəxslərin hansı dairələrə bağlı olduqları da aydınlaşa bilər.
Azər Allahverənov hesab edir ki, ilk baxışda hədəf Azərbaycan kimi görünsə də, məsələ daha dərindən araşdırıldıqda Türkiyənin özünün və onun yürütdüyü siyasətin də hədəfə alındığı üzə çıxır.
Deputat qeyd edib ki, Türkiyənin siyasi müstəvisində baş verən müəyyən qarşıdurmaların Azərbaycan-Türkiyə münasibətlərinə sirayət etməsi və bu əlaqələrin zəiflədilməsinə çalışılması Türkiyənin siyasi rəhbərliyinə təsir göstərmək məqsədi də daşıya bilər. Buna görə də, onun fikrincə, ilk növbədə bu məsələlər məhz həmin kontekstdə araşdırılmalıdır.
Azər Allahverənov vurğulayıb ki, kimliyindən və hansı siyasi düşərgəyə aid olmasından asılı olmayaraq, Türkiyədən Azərbaycanla bağlı bu cür fikirlərin səsləndirilməsi Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi də qiymətləndirilməlidir.
O bildirib ki, Azərbaycan suveren dövlətdir və öz milli maraqlarını düzgün dəyərləndirərək onların ən yüksək səviyyədə təmin olunması istiqamətində siyasət həyata keçirir. Azərbaycanın qəbul etdiyi qərarlar milli maraqlara, Konstitusiyaya və beynəlxalq hüququn təmin etdiyi suverenlik prinsiplərinə əsaslanır.
Deputatın sözlərinə görə, istər siyasi, istərsə də dini xarakterli olsun, Azərbaycanın daxili proseslərinə müdaxilə etmək istəyən hər hansı dairənin bu cür cəhdləri yolverilməzdir. Əksinə, həmin mənbələr aşkarlanmalı və onların bu fəaliyyətinə müvafiq qaydada, xüsusilə də siyasi müstəvidə qiymət verilməlidir. Azər Allahverənov hesab edir ki, bu məsələdə Türkiyənin müvafiq qurumlarının üzərinə mühüm vəzifə düşür.
Deputat Azərbaycanın bu məsələyə münasibətindən danışarkən bildirib ki, ölkəmizdə hazırda kifayət qədər soyuqqanlı və təmkinli mövqe nümayiş etdirilir. Onun fikrincə, Azərbaycan baş verənlərin hansı mənbələrdən qaynaqlandığını və hansı məqsədlə həyata keçirildiyini yaxşı anlayır.
Azər Allahverənov qeyd edib ki, əgər bu proseslərə emosional, həddindən artıq sərt və düşünülməmiş reaksiyalar verilsə, həmin dairələr müəyyən mənada öz məqsədlərinə çatmış ola bilərlər. Buna görə də Azərbaycan öz mövqeyini təmkinli şəkildə ortaya qoymalı, eyni zamanda ölkənin suverenliyini və qəbul etdiyi qərarların legitimliyini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəal olmalıdır.
O bildirib ki, bu məsələdə beynəlxalq təcrübənin öyrənilməsi də vacibdir. Xüsusilə Azərbaycanın yaxın tərəfdaşları olan ölkələrin, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin oxşar məsələlərə münasibəti və bu sahədə əldə etdikləri təcrübə nəzərdən keçirilməlidir. Həmin təcrübələr əsasında Azərbaycanın mövqeyini daha səmərəli şəkildə çatdırmağa imkan verən kommunikasiya yanaşması formalaşdırıla bilər.
Deputat Türkiyə mediasında və siyasətçilər arasında məsələyə münasibətin heç də birmənalı olmadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyə mediasının nümayəndələri və bəzi siyasətçilər bu destruktiv qüvvələrin davranışlarını sərt şəkildə tənqid edir, onların çağırışlarını pisləyirlər.
Azər Allahverənov hesab edir ki, bu, Türkiyə cəmiyyətinin müxtəlif təbəqələrində baş verənləri düzgün qiymətləndirən və həmin həmlələrin hansı məqsədlə həyata keçirildiyini anlayan qüvvələrin mövcudluğundan xəbər verir. Onun fikrincə, Türkiyə cəmiyyəti bu cür radikal davranışlara öz reaksiyasını göstərməklə Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirilməsinin qarşısını almağa çalışacaq.
Deputat əlavə edib ki, bu məsələlər Türkiyənin daxili siyasi və ictimai müstəvisinə də aiddir və Türkiyə cəmiyyətinin özünün belə hallara münasibət bildirməsi vacibdir. Azərbaycan isə öz növbəsində daha soyuqqanlı, emosiyalardan kənar və əsaslandırılmış mövqe nümayiş etdirməlidir.
Azər Allahverənovun sözlərinə görə, Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin suveren qərarlarının beynəlxalq ictimaiyyətə izah olunması istiqamətində sistemli iş aparılmalıdır. Xüsusilə sosial şəbəkələrdəki müzakirələrdə ictimai rəy Azərbaycanın qəbul etdiyi qərarların qanuniliyinin və legitimliyinin izahı kontekstində formalaşdırılmalıdır.
Deputat hesab edir ki, ictimai rəyin bu istiqamətdə düzgün formalaşdırılması kənardan müdaxilə cəhdlərinin uğursuzluğa düçar olmasına kömək edə bilər. Çünki cəmiyyətin öz daxilində gedən proseslərə sağlam yanaşması, dövlətin və hökumətin qəbul etdiyi qərarlara hörmətlə yanaşılması istənilən radikal qüvvənin çağırışına və kənar müdaxiləyə qarşı tutarlı cavabdır.
O vurğulayıb ki, son günlər Azərbaycan cəmiyyətinin bu məsələdə vahid mövqedən çıxış etməsi, dövlətin və hökumətin qəbul etdiyi qərarları dəstəkləməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətli yanaşmadır.
Azər Allahverənov qeyd edib ki, hazırda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, cəmiyyətin fəal təbəqələri və gənclər də məsələ ilə bağlı öz mövqelərini ifadə edirlər. Onlar dövlətin və hökumətin qəbul etdiyi qərarlara hörmətlə yanaşmaqla yanaşı, həmin qərarların icrasının təmin olunması istiqamətində də vətəndaş mövqeyi nümayiş etdirirlər.
Deputatın fikrincə, bu, olduqca mühüm haldır və Azərbaycana qarşı yönələn informasiya kampaniyalarına tutarlı cavab hesab oluna bilər. O bildirib ki, dövlətin suveren qərarlarına dəstək, cəmiyyətin həmrəyliyi və milli maraqlar ətrafında birliyin qorunması belə kampaniyaların təsirini azaltmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Turan Etibaroğlu
15:45 / 15 Oktyabr 2026
1
15:35 / 15 Oktyabr 2026
26
15:33 / 15 Oktyabr 2026
29
15:24 / 15 Oktyabr 2026
41
15:19 / 15 Oktyabr 2026
77
14:57 / 15 Oktyabr 2026
166
14:56 / 15 Oktyabr 2026
57
14:53 / 15 Oktyabr 2026
78
14:49 / 15 Oktyabr 2026
68
14:46 / 15 Oktyabr 2026
58
14:36 / 15 Oktyabr 2026
141
14:29 / 15 Oktyabr 2026
66
14:20 / 15 Oktyabr 2026
269
14:13 / 15 Oktyabr 2026
763
14:10 / 15 Oktyabr 2026
67
14:02 / 15 Oktyabr 2026
92
13:54 / 15 Oktyabr 2026
161
13:52 / 15 Oktyabr 2026
312
13:26 / 15 Oktyabr 2026
79
13:24 / 15 Oktyabr 2026
1148
13:18 / 15 Oktyabr 2026
96
13:17 / 15 Oktyabr 2026
81
13:06 / 15 Oktyabr 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.